Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək Sen 02, 2019 | 12:28

6 sentyabr 2019-cu il tarixində saat 11:00-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi

 

                            Gündəlikdəki məsələlər:

 

1. ŞAR-ın “Astrofiziki müşahidələrin təşkili” elmi-tədqiqat qrupunun üç aylıq hesabatı (f.-r.e.d., Nəriman İsmayılov);

2. 16-20 sentyabr 2019-cu il tarixlərində ŞAR-da keçiriləcək “Ulduzlar və planetlər fizikası: atmosferləri, aktivlik və maqnit sahələri” adlı beynəlxaq konfransa hazırlıqlar barədə (f.ü.e.d., Nəriman İsmayılov);

3. ŞAR-ın baş elmi işçisi, f.-r.e.d., Əyyub Quliyevin Rusiya Federasiyası,  Kazan şəhərinə ezam edilməsi barədə;

4. Xarici ezamiyyələr barədə hesabat:

- elmi işçi Səbinə Məmmədova (Çexiya Respublikası);

- kiçik elmi işçi Zümrüd Vidadiqızı (İspaniya Respublikası)     

5. Cari məsələlər.

Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.