Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək May 21, 2019 | 11:26

23 may 2019-cu il tarixində saat 14:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi

 

Gündəlikdəki məsələlər:

 

  1. ŞAR-ın “Astrofiziki müşahidələrin təşkili” elmi-tədqiqat qrupunun üç aylıq hesabatı (f.-r.e.n., Canməmməd Rüstəmov);
  2. ŞAR-ın vikipediya qrupunun fəaliyyəti barədə (Paşa Əhmədov);
  3. ŞAR-ın fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlarının fərdi iş planının təsdiqi (Rəcəb İsmayıllı, Vüsalə Əliyeva, Aynurə Məsimova);
  4. Ezamiyyətlər barədə (f.-r.e.d., Nəriman İsmayılov);
  5. Cari məsələlər.

 

Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.