Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək Mart 28, 2019 | 12:33

02 aprel 2019-cu il tarixində saat 14:30-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.

 

Gündəlikdəki məsələlər:

 

1. ŞAR-ın Veb-saytının fəaliyyəti barədə (elmi işlər üzrə direktor müavini f.f.d., dosent Xıdır Mikayılov);

2. “Astrofiziki müşahidələrin təşkili” qrupunun Əsasnaməsinin təsdiqi barədə;

3. ŞAR-ın elmi işçisi Səbinə Məmmədovanın Rusiya EA Xüsusi Astrofizika Rəsədxanasına ezam edilməsi barədə;

4. ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsinə seçkilər barədə;

5. Ezamiyyətlər (f.-r.ü.f.d., Ədalət Ətayi, Tacikistan Respublikasına);

6. Cari məsələlər

Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.