Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək Dek 03, 2018 | 13:26

04 dekabr 2018-ci il tarixində saat 14:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

Ünvan: Bakı şəhəri B.Vahabzadə küçəsi 9/AMEA Radiasiya Problemləri İnstitutunun akt zalı. 

 

Gündəlikdəki məsələlər:

 1. ŞAR-ın 2018-ci il üçün qəbul olunmuş elmi-tədqiqat mövzuları üzrə illik hesabatlar;

-         Mövzu 8: Heliosfer və digər kosmik plazma şəraitlərində maqnito-hidrodinamik proseslərin tədqiqi (bir iş);

-         Mövzu 9: Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi (bir iş);

-         Mövzu 12: Günəş sisteminin kiçik cisimlərinin təkamülü və fiziki xüsusiyyətləri (üç iş);

-         Mövzu 4: Astrofiziki müşahidə materiallarının işlənməsinin və interpretasiyasının əsasları (bir iş);

-         Mövzu 10: Spin-orbital qarşılıqlı təsir və Günəş aktivliyi problemi (bir iş);

-         Mövzu 13: Planetlərin spektrofotometrik tədqiqi (bir iş);

-         Mövzu 14: Müxtəlif ekstremal şəraitlərdə astrofiziki proseslərin tədqiqi (iki iş).

2. Cari məsələlər.

Qeyd: Hesabatlar mövzu rəhbərləri tərəfindən təqdim edilməlidir.

Elmi Şura üzvlərinin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.