Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək Noy 30, 2018 | 12:55

03 dekabr 2018-ci il tarixində saat 10:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri B.Vahabzadə küçəsi 9/AMEA Radiasiya Problemləri İnstitutunun akt zalı. 

 

Gündəlikdəki məsələlər: 

 

1. ŞAR-ın 2018-ci il üçün qəbul olunmuş elmi-tədqiqat mövzuları üzrə illik hesabatlar;

  -  Mövzu 1: Geniş örtüklü ulduzların təkamül xüsusiyyətləri və ulduz küləyində qeyri stasionar proseslərin araşdırılması (iki iş);

   -     Mövzu 2: Cavan ulduzların kompleks tədqiqi (iki iş);

   -     Mövzu 3: Qoşa ulduzlar və ulduzətrafı mühitlə qarşılıqlı təsirin fiziki xüsusiyyətləri (iki iş);

   -     Mövzu 5: Ulduzlarda maqnit sahəsi və kimyəvi anomallıqla bağlı effektlərin öyrənilməsi (bir iş);

   -     Mövzu 6: Fəal nüvəli qalaktikaların kompleks tədqiqi (iki iş);

   -     Mövzu 7: İnnovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi (bir iş);

  -   Mövzu 11: Santimetrlik–destimetrlik dalğa uzunluqlarında Günəş radioşüalanmasının xarakteristikalarının statistik və dinamik tədqiqi (bir iş).

2. Cari məsələlər.

Qeyd: Hesabatlar mövzu rəhbərləri tərəfindən təqdim edilməlidir.

Elmi Şura üzvlərinin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.