Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək Noy 07, 2018 | 13:03

21 noyabr 2018-ci il tarixində saat 10:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçiriləcək.

Seminarın mövzusu "Fotometrik müşahidələr əsasında planetlərin atmosferində aerozol dumanının dispers tərkibinin araşdırılması" (F.İ.İsmayilov, Ə.Ə.Ətayi), seminarın rəhbəri AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, f.-r.ü.f.d. Elçın Babayevdir.

Ünvan: Bakı şəhəri B.Vahabzadə küçəsi 9/AMEA Radiasiya Problemləri İnstitutunun akt zalı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.