7 noyabr 2018-ci il tarixində saat 09:30-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.01.241 Dissertasiya Şurasının iclası keçiriləcək.
Ünvan: Bakı şəh.,H.Cavid pr.115 (ŞAR-ın Bakı şəhər bölməsi).
Gündəlikdəki məsələlər:
1. ŞAR-ın elmi işçisi Məmmədova Səbinə Oleqovnanın “UX ORİ TİPLİ WW VUL ULDUZUNUN SPEKTRAL VƏ FOTOMETRİK XÜSUSİYYƏTLƏRİ” (elmi rəhbər f.-r.ü.f.d., dosent Bayram Rüstəmov) mövzusunda astronomiya üzrə fəlsəfə doktoru dissertasiya işinə rəsmi opponentlərin, aparıcı təşkilatın, müdafiə vaxtının təyini;
2. Cari məsələlər.
Dissertasiya Şurası üzvlərinin iştirakı vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.