25 aprel 2018-ci il tarixində saat 14:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.
İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.
Gündəlikdəki məsələlər
1. ŞAR-ın əməkdaşlarına dosent elmi adının verilməsi barədə:
- Aparıcı elmi işçi f.f.d., Sabir Əliyev;
- Aparıcı elmi işçi, f.f.d, Pyotr Şustarev;
- Aparıcı elmi işçi, f.f.d., Larisa Qolubeva;
- Elmi katib, astr.f.d, Orxan Xəlilov;
2. ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin kiçik elmi işçisi
Günay Məhərrəm qızı Hacıyevanın elmi işçi vəzifəsinə keçirilməsi barədə;
3. ŞAR-a 2017/2018-ci tədris ilində qəbul olunmuş fəlsəfə doktoru hazırlığı üzrə
dissertant Zabit Fərziyevin fərdi iş planının təsdiqi barədə;
4. Xarici ezamiyyətlər barədə;
- aparıcı elmi işçi f.f.d., Yanoş Məhərrəmov (Türkiyə, İstambul);
5. Cari məsələlər.
Elmi Şura üzvlərinin və aidiyyatı olan şəxslərin iştirakı vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.