21 fevral 2018-ci il tarixində saat 11:00-da (Rəsədxana seminarından sonra) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.
İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.
Gündəlikdəki məsələlər:
1. ŞAR-da 2017-2020-ci illər üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə 2018-ci ildə yerinə yetiriləcək elmi işlər barədə
(Mövzu 4; Mövzu 10; Mövzu 14);
2. Rəsədxana seminarlarının təşkili barədə;
3. 2018-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə ŞAR-ın dissertanturasına qəbul barədə;
4. ŞAR əməkdaşlarının elmlər doktoru dissertasiya mövzularının adlarının təsdiqi barədə
(f-r.ü.f.d Nazim Hüseynov, f-r.ü.f.d Bala Əli Rəcəbov)
5. ŞAR-ın elmi işçisi Əli Baloğlanova fəlsəfə doktoru dissertasiya mövzusu üzrə ikinci elmi rəhbərin təyini barədə;
6. Cari məsələlər.
Elmi Şura üzvlərinin və aidiyyatı olan şəxslərin iştirakı vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.