AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dok-
torantura və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA Şamaxı Astrofizika Rəsədxanasının Təhsil şöbəsinə təqdim edilməlidir.
Doktorantura üçün tələb olunan sənədlər:
- elmi müəssisənin direktorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil
almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantura üçün tələb olunan sənədlər :
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə)
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil
almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlər 26 yanvar 2018-ci il tarixinədək qəbul edilir.
Əlavə məlumat üçün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Təhsil şöbəsinə müraciət etmək olar.
Əlaqə telefonları: (+994 50) 242 42 00, e-mail: pashaakhmedov87@gmail.com
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.