Elmi Şuranın növbəti iclası keçiriləcək Noy 13, 2017 | 10:25

15 noyabr 2017-ci il tarixində saat 10:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

    İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi

 

GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:

 

1. Rəsədxananın 2017-ci il üçün qəbul olunmuş elmi-tədqiqat mövzudaxili işləri üzrə illik hesabatları;

-         Mövzu 4: Astrofiziki müşahidə materiallarının işlənməsinin və interpretasiyasının əsasları (iki iş);

-         Mövzu 5: Ulduzlarda maqnit sahəsi və kimyəvi anomallıqla bağlı effektlərin öyrənilməsi (bir iş);

-         Mövzu 8: Heliosfer və digər kosmik plazma şəraitlərində maqnito-hidrodinamik proseslərin tədqiqi (üç iş);

-         Mövzu 9: Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi (iki iş);

-         Mövzu 10: Spin-orbital qarşılıqlı təsir və Günəş aktivliyi problemi (iki iş);

-         Mövzu 12: Günəş sisteminin kiçik cisimlərinin təkamülü və fiziki xüsusiyyətləri (yeddi iş);

-         Mövzu 13: Planetlərin spektrofotometrik tədqiqi (iki iş);

-         Mövzu 14: Müxtəlif ekstremal şəraitlərdə astrofiziki proseslərin tədqiqi (üç iş).

2. Cari məsələlər.

     Qeyd: Mövzular üzrə yerinə yetirilən elmi-tədqiqat işləri barədə hesabatları iş rəhbərləri təqdim etməlidir.

  

 Elmi Şura üzvlərinin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.