14 noyabr 2017-ci il tarixində saat 10:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.
İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
1. Rəsədxananın 2017-ci il üçün qəbul olunmuş elmi-tədqiqat mövzudaxili işləri üzrə illik hesabatları;
- Mövzu 1: Geniş örtüklü ulduzların təkamül xüsusiyyətləri və ulduz küləyində qeyri stasionar proseslərin
araşdırılması (üç iş);
- Mövzu 2: Cavan ulduzların kompleks tədqiqi (iki iş);
- Mövzu 3: Qoşa ulduzlar və ulduzətrafı mühitlə qarşılıqlı təsirin fiziki xüsusiyyətləri (iki iş);
- Mövzu 6: Fəal nüvəli qalaktikaların kompleks tədqiqi (iki iş);
- Mövzu 7: İnnovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi (iki iş);
- Mövzu 11: Santimetrlik–destimetrlik dalğa uzunluqlarında Günəş radioşüalanmasının xarakteristikalarının
statistik və dinamik tədqiqi (bir iş).
2. Cari məsələlər.
Qeyd: Mövzular üzrə yerinə yetirilən elmi-tədqiqat işləri barədə hesabatları iş rəhbərləri təqdim etməlidir.
Elmi Şura üzvlərinin iştirakı vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.