01 noyabr 2017-ci il tarixində saat 1100-da (Rəsədxana seminarından sonra) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.
İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
1. Azərbaycan Gənc Alimlərinin I Qurultayına rəy və təkliflərin hazırlanması barədə;
2. 2018-2019-cu tədris ilində AMEA ŞAR magistrantları üçün təklif olunacaq dissertasiya mövzularının
adlarının müzakirəsi;
3. ŞAR-ın şöbələrində çalışan elmi işçilər və kiçik elmi işçilərin elmi fəaliyyətləri haqqında şöbə müdir-
lərinin (v.i.e.) məlumatları;
4. F.-r.ü.f.d. Caməmməd Rüstəmovun Avstriya Respublikasına ezamiyyətə göndərilməsi barədə;
5. ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin böyük elmi işçisi, astr.ü.f.d.
Həmayıl Nadir qızı Adıgözəlzadəyə dosent elmi adının verilməsi barədə;
6. Xarici ezamiyyətlər barədə hesabatlar:
- F.-r.ü.f.d. Sabir Əliyev (Rusiya Federasiyasına);
- Astr.ü.f.d. Həmayil Adıgözəlzadə (Litva Respublikasına, Rusiya Federasiyasına);
7. Cari məsələlər.
Elmi Şura üzvlərinin iştirakı vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.