Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir Okt 19, 2017 | 17:00

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

•  “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

• “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

•  “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

•  “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

•  “Nəzəri astrofizika və kosmologiya” şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

•  “Planetlər və  kiçik  səma  cismləri” şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

•  “Astronomik cihazlar və İnnovativ texnologiyalar” şöbəsinə müdir vəzifəsi - 1 yer;

•  “İnformasiya, Kommunikasiya texnologiyaları və təşkilat” şöbəsinin müdiri vəzifəsinə 1 yer;

•  “İctimaiyyətlə əlaqələr” şöbəsinə müdir vəzifəsi - 1 yer;

•  “Təhsil” şöbəsinə müdir vəzifəsi - 1 yer;

Müsabiqədə ali təhsili, fəlsəfə və ya elmlər doktorluğu elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 (bir) ay müddətində aşağıdakı ünvana təqdim olunmalıdır:

AZ5626 Azərbaycan Respublikası, Şamaxı, Y.Məmmədəliyev qəsəbəsi.

Tel.: (+99420) 26 6 10 01

        (+99420) 26 6 10 04

 

Tələb olunan sənədlər:

Direktorun adına ərizə;

-  Kadrların şəxsi uçot vərəqəsi;

-  Tərcümeyi-hal;

-  Əmək kitabçasının surəti;

-  Diplomların surəti (Ali təhsil, fəlsəfə, elmlər, prof., dos.,);

-  Son 5 (beş) ildə çap edilmiş elmi əsərlərin siyahısı;

-  Şəxsiyyət vəsiqəsinin surəti;

-  Dövlət Sığorta Şəhadətnaməsinin surəti;

 3x4 ölçüdə foto şəkil (3 ədəd);

 Sənədlər müvafiq qaydalara uyğun təsdiq edilməlidir.

Qeyd: Namizədlərdən rəhbərlik etmək istədikləri şöbənin 5 il ərzində nəzərdə tutulan fəaliyyət proqramı haqqında məlumatı elektron formada elmi katibliyə təqdim etməsi xahiş olunur (orkhan.khalilov.81@shao.az).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.