24 oktyabr 2025-ci il tarixdə saat 1100-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində fəaliyyət göstərən FD 1.39 Dissertasiya Şurasında Batabat Astrofizika Rəsədxanasının doktorantı Ülvü Səyyad oğlu Vəliyevin “Müxtəlif kütləli cavan ulduzların ulduzətrafı disklərinin xüsusiyyətləri və təkamülü” mövzusunda astronomiya elm sahəsinin 2108.01 - “Astrofizika və ulduz astranomiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Ünvan: ŞAR-ın Bakı şəhər bölməsi, AZ 1143, H.Cavid prospekti 117, 11-ci mərtəbə.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.