Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçiriləcək İyn 03, 2022 | 14:38

Rəsədxana rəhbərliyinin təşəbbüsü ilə ŞAR-ın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dünya elminə inteqrasiyası istiqamətində görülən işlərin bir qismi kimi müxtəlif xarici astronomiya təşkilatları ilə rəsədxana əməkdaşlarının Zoom platforması üzərindən diskussiyası keçirilir.

8 iyun tarixində saat 11-də keçiriləcək seminarda Avstraliya Astronomiya Rəsədxanasının (AAR) professoru Endryu Hopkinsin (Andrew Hopkins) AMEA ŞAR əməkdaşları ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

Görüşdə prof. Hopkins təxminən 15-20 dəqiqə ərzində AAR haqqında məlumat verəcək və öz gördüyü işlərdən danışacaq, ŞAR ilə əməkdaşlıq istiqamətləri müzakirə olunacaqdır. Daha sonra tanışlıq üçün ŞAR-ın aparıcı elmi işçiləri və gənclər də öz işləri haqqında qısa məlumat verəcəklər.

Zoom linki: https://macquarie.zoom.us/j/86168765136?pwd=STU3MmxpekhNKy9PMm9nUllHQkg4Zz09

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.