Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək May 23, 2022 | 14:52

24 may 2022-ci il tarixində saat 10:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcəkdir.

İclas "Zoom" platforması üzərindən onlayn şəkildə təşkil ediləcək.

 

Gündəlikdəki məsələlər:

 

1. Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının sual bloku və imtahan biletlərinin təsdiqi barədə;

2. 2022-2023-cü tədris ili üçün ŞAR-da doktoranturaya qəbul imtahanlarının keçirilməsi barədə;

3. ŞAR-ın icraçı direktoru f.-r.e.d., prof., Nəriman İsmayılovun Çex Respublikası, Ondrejov Astronomiya İnstitutuna ezam olunması barədə;

4. ŞAR-ın “Astronomik cihazlar və İnnovativ texnologiyalar” şöbəsinin müdiri v.i.e. Abbas Suleyman oğlu İsmayılovun Çex Respublikası, Ondrejov Astronomiya İnstitutuna ezam olunması barədə;

5. Cari məsələlər.

 

Qeyd: Şura üzvlərinin və adiyyatı şəxslərin iştirakı vacibdir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.