23 fevral 2022-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçiriləcək.
Seminarın mövzusu: Kvant mexanikası və kosmologiya
Məruzəçilər: Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bala Əli Rəcəbov
Seminarda Kvant mexanikasının Kosmologiyada tətbiqi və yaranan problemlər baradə çıxış ediləcəkdir. İşdə Kvant mexanikası və Kosmologiyanın sintezi nəticəsində Hamilton dinamikasının genişlənməsi zərurəti, eyni zamanda təklif olunan müvafiq riyazi struktur və teorem şərh ediləcəkdir.
Qeyd edək ki, seminarın ZOOM proqramı vasitəsilə onlayn rejimində keçirilməsi nəzərdə tutulur. Seminara qoşulmaq üçün aşağıdakı elektron keçid yaxud id-paroldan istifadə edə bilərsiniz:
Zoom link: https://us05web.zoom.us/j/83823509258?pwd=WUVzOXZsOTBrcDErbkRyb2ZNUWx0Zz09
İdentifikasiya nömrəsi: 838 2350 9258
Şifrə: 9SnTf4
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.