27 oktyabr 2021-ci il tarixində saat 12:00-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcəkdir.
İclas "Zoom" platforması üzərindən onlayn şəkildə təşkil ediləcək.
Gündəlikdəki məsələlər:
1. 2021-ci ildə AMEA ŞAR-da aparılan elmi- tədqiqat mövzularının illik hesabatı barədə (müxbir üzv Namiq Cəlilov);
2. Azərbaycan Astronomiya Jurnalının Redaksiya heyətinin tərkibindəki dəyişikliklər barədə (müxbir üzv Namiq Cəlilov);
3. AMEA ŞAR-da 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul planı barədə (Təhsil şöbəsinin müdiri Paşa Əhmədov);
4. ŞAR əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi barədə (prof., Nəriman İsmayılov);
5. Cari məsələlər.
Qeyd: Mövzu rəhbərlərinin, şöbə müdirlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.