Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçiriləcək Okt 13, 2021 | 15:25

25 oktyabr 2021-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) nəzdində fəaliyyət göstərən BED 3.05 Birdəfəlik dissertasiya şurasının elmi seminarı keçiriləcək.

Seminarda ŞAR-ın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Canməmməd Nizam oğlu Rüstəmovun 2108.01 - "Astrofizika, ulduz astronomiyası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.

Qeyd edək ki, seminarın hibrid (qismən online) rejimində keçirilməsi nəzərdə tutulur. Seminara qoşulmaq üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz: 

Seminarın linki: https://us05web.zoom.us/j/87178450119?pwd=bU9ickFWNGRQcVZJUURpb1ZJbSs0UT09
İdentifikasiya kodu: 871 7845 0119
Şifrə: W3NigX

Ünvan: AMEA-nın Radiasiya Problemləri İnstitutunun binası,  3-cü mərtəbə, akt zalı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.