Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçiriləcək Sen 27, 2021 | 09:54

29 sentyabr 2021-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti "Astroseminar" yığıncağı keçiriləcək.

Seminarda ŞAR-ın "Nəzəri astrofizika və kosmologiya" şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bala Əli Rəcəbov “Kosmologiya, kvant-mexaniki hərəkət qrupları və elementar zərrəciklərin identifikasiyası” mövzusunda məruzə ilə çıxış edəcək.

Seminara qoşulmaq üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

Seminarın linki: https://us05web.zoom.us/j/82768307112?pwd=OGE3a3RoWHNvajBaN2VUaE5FMFdZQT09
İdentifikasiya kodu: 827 6830 7112
Şifrə: Upq9Zq

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.