25 avqust 2021-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti "Astroseminar" yığıncağı keçiriləcək.
Seminarda ŞAR-ın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Sabir Əliyev “Qoca ulduz topasının 17 və 21 Com maqnit ulduzlarının kompleks tədqiqi” mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, seminarın ZOOM proqramı vasitəsilə onlayn rejimində keçirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.