14 iyul 2021-ci il tarixində saat 11:00-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcəkdir.
COVID-19 virusu ilə əlaqədar mövcud vəziyyətə uyğun olaraq iclas "Zoom" platforması üzərindən onlayn şəkildə təşkil ediləcək.
Gündəlikdəki məsələlər:
1. AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 2021-ci il üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə yarım illik hesabat (Hesabatları mövzu rəhbərləri təqdim etməlidir);
2. Cari məsələlər.
Qeyd: Mövzu rəhbərlərindən xahiş olunur ki, hesabatın yazılı elektron formasını 12 iyul 2021-ci il tarixinədək ŞAR Elmi katibliyinə təqdim etsinlər.
Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.