Şamaxı Astrofizika Rəsədxanası doktoranturaya və dissertanturaya qəbul elan edir İyl 06, 2021 | 11:44

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya "Astrofizika və Ulduz astronomiyası" (2108.01) ixtisası üzrə 1 yer (qiyabi), dissertanturaya isə "Astrofizika və Ulduz astronomiyası" (2108.01) ixtisası üzrə 1 yer büdcə hesabına ayrılmışdır.

Sənəd vermək istəyən iddiaçılar sənədləri 5 iyul - 10 avqust 2021-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək ŞAR-ın Bakı bölməsində "Təhsil şöbəsi"nə (325 №- li otaq) təqdim edə bilərlər.

Əlaqə nömrəsi: 050 242 42 00

e-mail:  pashaakhmedov87@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.