Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçiriləcək İyn 18, 2021 | 11:40

29 iyun 2021-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) ilkin müdafiə seminarı keçiriləcək.

Seminarda ŞAR-ın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Canməmməd Nizam oğlu Rüstəmovun 2108.01 - "Astrofizika, ulduz astronomiyası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.

Qeyd edək ki, seminarın hibrid (qismən online) rejimində keçirilməsi nəzərdə tutulur. ZOOM proqramı ilə qoşulmaq üçün link göndəriləcək. Arzu edənlər iştirak edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.