Şamaxı Astrofizika Rəsədxanasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş mini-konfrans keçiriləcək İyn 07, 2021 | 13:05

04 avqust 2021 ci il tarixində saat 10-00-da, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) dahi Azərbaycan alimi, Qeyri səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 100 illik yubileyinə həsr olunmuş mini-konfrans keçiriləcəkdir.

Konfransda ŞAR-ın gənc əməkdaşları Lütfi Zadənin həyat və yaradıcılığı ilə tanış olacaq, öz apardıqları elmi araşdırmalar barədə məruzələr edəcəklər. Toplantıda gənclərlə yanaşı təcrübəli əməkdaşların da iştirakı gözlənilir.

Qeyd edək ki, mini-konfrans “Zoom” platforması üzərindən onlayn formada keçiriləcəkdir. Mini-konfransın proqramı iştirakçıların sayından asılı olacaraq tərtib olunacaqdır. Bu barədə əlavə məlumat veriləcəkdir.

Hazırda mini-konfransda iştirak etmək istəyənlərdən xahiş olunur ki, əvvəlcə qeydiyyatdan keçsinlər və daha sonra öz çıxışlarının tezislərini hazırlayıb  ismailovnshao@gmail.com ünvanına göndərsinlər. Qeydiyyatdan keçmək üçün sərbəst şəkildə göstərilən email ünvanına özü haqqında məlumat verməsi və iştirak edəcəyini bildirməsi kifayətdir. İştirak üçün üzvlük haqqı tələb olunmur. Tezislərin son göndərilmə vaxtı 1 avqust 2021-ci ildir.

 

Tezislər aşağıdakı formatda tərtib olunmalıdır:

A4 ölçülü vərəqdə qalın baş hərflərlə Times New Roman şrifti ilə qısa və lakonik şəkildə ingilis dilində məruzənin adı, növbəti sətirdə qalın şriftlə müəlliflərin soyadı və inisialları, sonra iş yeri və ünvanı, e-mail ünvanı (əlaqə üçün). Daha sonra tezisin abstraktı və sonda açar sözlər verilməlidir.

 

Tezislər toplusu redaktədən sonra elektron şəklində saytımızda yerləşdiriləcəkdir. Həmçinin konfrans materiallarının məqalə şəklində AAJ jurnalında toplu şəklində nəşr olunması planlaşdırılır.

 

Konfransın təşkilat komitəsi:                                 Əlaqə ünvanı:                                            Əlaqə nömrələri:

N.S. Cəlilov - Sədr                                                      ismailovnshao@gmail.com                      0503215634

N.Z. İsmayılov                                                                                                                                 0506230631

X.M. Mikayılov

C.N. Rüstəmov

O.V. Xəlilov                                                                                  

O.M. Salehli                                                                                  

N.D. Abdullayeva                                                                        

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.